Bakıda İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransı (COP9) Bürosunun ilk rəsmi görüşü keçirilib.
Tədbirdə Konvensiyanın monitorinq sisteminin təkmilləşdirilməsinə və Konvensiyanın müddəalarının həyata keçirilməsinə imkan yaratmaq üçün iştirakçı dövlətlərə dəstək kimi COP8 tərəfindən tələb olunan nəticələrin və təkliflərin çatdırılması məsələləri müzakirə olunub.
COP9 Konvensiyanın inkişafında iştirakçı dövlətlərin ehtiyac və gözləntilərinə cavab vermək, eləcə də qlobal idman ekosisteminin daimi təkamülünə, onun çağırışlarına uyğunlaşmaq üçün mühüm mərhələ təşkil edib. COP9, həmçinin fövqəladə çağırışlara cavab vermək qabiliyyətini artırmaq üçün Konvensiyanın potensial inkişaflarını araşdırmaq imkanı verəcək.
Qeyd edək ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ötən ilin oktyabrında Parisdə keçirilən İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransında yekdilliklə Büronun sədr müavini seçilib.