Üzgüçülərimiz Riqada uğurla çıxış ediblər

post-img

Azərbaycanın üzgüçülük komandası Latviyanın paytaxtı Riqada keçirilən turnirdə uğurla çıxış edib. 

Kişilərdən ibarət yığma 4x200 metr məsafədə sərbəst üsulla üzmə yarışında qızıl medal qazanıb. Şəxsi yarışlarda açıq yaş qrupunda müxtəlif növlər üzrə Əbdürrəhman Rüstəmov, Süleyman İsmayılzadə gümüş, Oqtay Hüseynov, Səid Həmidov, Mehri Əbdürrəhmanlı bürünc mükafatlar qazanıblar. 

S.İsmayılzadə və M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.

Qeyd edək ki, yarışa ilk dəfə rekord sayda, 760 idmançı qatılıb. 

Leyla SABİRQIZI
XQ

İdman