Martın 4-də Milli Məclisdə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 11-ci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda “Fərdi məlumatların mühafizəsi haqqında” Model Qanun layihəsinin qəbul edilməsi, “TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq üçün icazənin asanlaşdırılması haqqında” Model Qanunun hazırlanması, həmçinin “TÜRKPA-ya üzv dövlətlərdə Ombudsman təsisatları” haqqında məsələlər müzakirə ediləcək.