Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmə keçiriləcək

post-img

Fevralın 28-də Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək dinləmədə deputatlarla yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, bu sahənin ekspertlərinin və digər aidiyyəti şəxslərin iştirakı gözlənilir.

Tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşəcəklər, rəy və təkliflərini səsləndirəcəklər.

Sosial həyat