Sən oxudunsa, ver başqasına...

post-img

14 Fevral Kitab Bağışlama Günü

Dünyanın bir çox ölkələrində hər il fevralın 14-də Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd olunur. Bu əlamətdar gün özündə iki amili ehtiva edir: kitab sevgisi və insanlara olan sevgi. Bu günün ideyası “Delightful Children's” təşkilatının yaradıcısı Emi Broadmur tərəfindən hazırlanmışdır. 

Qeyd edək ki, ilk Beynəlxalq Kitab Hədiyyə Günü üçün kitab lövhəsi uşaq kitablarının məşhur illüstratoru və “Dotty Detective” və “The Bear with Vicky Paws” daxil ol­maqla doqquz kitabın müəllifi Klara Vulliami tərəfindən hazırlanmışdır. İlk başlığı və loqonu isə yazıçı və illüstrator Viviane Schwarz tərtib etmişdir. 

Yeri gəlmişkən, 14 fevral, həm­çinin Sevgililər Günü kimi qeyd olu­nur. Tanınmış yazıçı Kənan Hacı hər iki əlamətdar günün eyni tarixdə qeyd olunmasını müsbət hal kimi qiymətləndirir. Onun sözlərinə görə, insanın sevdiyi birinə kitab bağışla­masından gözəl heç nə ola bilməz. 

Beynəlxalq Kitab Bağışlama Günü 44-dən çox ölkədə – Fransa, Ukrayna, Cənubi Afrika, Yaponiya, İngiltərə, ABŞ, Malayziya, o cümlə­dən, doğma yurdumuz Azərbaycan­da da qeyd olunur. 

Kitabı oxumaq da, bağışlamaq da gözəldir. Ən pisi, kitaba biganə qalmaqdır. Qoy, bizi dünyada həm də kitabla dost olan, mütaliəni çox sevən bir xalq kimi tanısınlar. 

Fidan HÜQUQQIZI
XQ

Sosial həyat