Ailə, qadın və uşaq problemləri davamlı həllini tapır

post-img

Fevralın 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Komitə sədri Bahar Muradova ötən ildə ərazi bütövlüyümüzün bərpası və bu il seçkilərdə Prezident İlham Əliyevin qalib gəlməsi ilə ölkəmizin yeni dövrə qədəm qoyulduğunu vurğulayıb. Bildirib ki, bu önəmli hadisələr fonunda komitə də üzərinə düşən vəzifələri layiqincə icra etməyə çalışır.

Qeyd edilib ki, ötən il ailə, qadın və uşaq məsələləri istiqamətində normativ-hüquqi bazanın gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə komitə tərəfindən 6 sənəd layihəsi hazırlanıb, 5 sənəd layihəsinə rəy və təklif verilib. Eyni zamanda, müxtəlif mövzuda 6 araşdırma və təhlil yekunlaşıb. 

Bildirilib ki, ailə məsələləri istiqamətində 10 min 379 nəfərin iştirakı ilə 66 təlim, seminar və icma görüşü keçirilib, 7 sosial layihə icra edilib. B.Muradova Türkiyə ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət Planına uyğun olaraq, qardaş ölkədən dəvət olunmuş hekayəçilərin iştirakı ilə 5000-ə yaxın valideyn və uşaq auditoriyasını əhatə edən nağıl günlərinin təşkil edildiyini deyib.

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində 2666 nəfərin iştirakı ilə 15 təlim və seminar, konfrans keçirilib. Həmçinin 8336 nəfər Qadın Resurs mərkəzlərinin xidmətlərindən bəhrələnib. Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 32 min 399 nəfər yararlanıb. 2023-cü il ərzində erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb.

Diqqətə çatdırılıb ki, komitənin “Qadın Dəstək Xətti”nə 4079, “Uşaq Qaynar Xətti”nə 4453, 860- Gender əsaslı zorakılıqla bağlı Dəstək xəttinə 302 müraciət daxil olub və hər biri təmin edilib.

İclasın sonunda komitənin ötənilki fəaliyyəti nəzərə alınıb, qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib.

 

 XQ

 

Sosial həyat