Ceyhun Bayramov gürcü həmkarını təbrik edib

post-img

Fevralın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yenidən təyin edilmiş xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

Ceyhun Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb. 

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər.   

***

Fevralın 9-da Bakıda Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə Federal Xarici İşlər Departamentinin Dövlət katibinin köməkçisi, Avrasiya idarəsinin müdiri xanım Müriel Peneveyre rəhbərlik ediblər.

Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib.

Son xəbərlər