QHT təmsilçisi: Səsvermə çox mütəşəkkil keçir

post-img

Sevindirici haldır ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri böyük təntənə ilə keçirilir. 

Mən də vətəndaş olaraq səsvermə hüququmdan istifadə edərək səsvermədə iştirak etdim. Eyni zamanda, QHT nümayəndəsi olaraq müşahidəçi kimi seçki prosesində iştirak edirəm. Abşeron rayonu və Bakı şəhərində 10-dan artıq məntəqədə olmuşam. Seçkilərdə aktivlik müşahidə edilir. Eyni zamanda, seçkilərin yüksək səviyyədə təşkilini qeyd etmək vacibdir.  Hər bir vətəndaş  məntəqəyə yaxınlaşaraq rahat formada seçki proseduralarını keçərək, öz səsini istədiyi namizədə verir. Müşahidələrimiz bir daha göstərir ki, demokratik və şəffaf seçki mühiti hökm sürür. İlk dəfə olaraq müşahidəçi kimi QHT sektorunun da say baxımdan da bu qədər aktivliyini xüsusi vurğulamaq istəyirəm. Bu gün təqribən 6 mindən çox vətəndaş cəmiyyəti təşkilatı nümayəndəsinin müşahidəçi kimi iştirakı bizi sevindirir. 

Ən əsası və xalqımız üçün əhəmiyyət daşıyan məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdə 26 məntəqənin qurulması və orada seçicilərin səsverməsidir.

Bu məqam hər birimiz üçün qürurvericidir. İllərdir ki, bu arzu ilə yaşamışıq. Bu gün Şuşada, Xankəndidə və digər işğaldan azad olunmuş ərazilərimizdə müstəqil Azərbaycan dövləti prezidentinin seçilməsi üçün vətəndaşlarımız səs verirlər.  

Zülfiyyə NURİYEVA, 

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına
Dəstək” İctimai Birliyinin  sədri 

Sosial həyat