Müşahidəçi: Ölkə üzrə səsvermə fəallığı, həqiqətən də, heyranedicidir

post-img

Bu gün Azərbaycan Respublikası vətəndaşının öz seçimlərini etmək və əqidələrini işıqlandırmaq üçün seçkilərə getdiyi bir vaxtda mühüm tarix yazılır. Növbədənkənar prezident seçkiləri əsl demokratiya təntənəsinə çevrilib, burada təşkilatçılıq və seçicilər üçün şərait ən yüksək səviyyədə yaradılmışdır.

Bu fikirləri XQ-yə müsahibəsində 15 saylı Yasamal 1-ci seçki dairəsi 26-cı məntəqənin müşahidəçisi, politoloq Masil Dəmirov söyləyib. 

Onun sözlərinə görə, məntəqədə konstitusion səsvermə hüququndan istifadə etməyə hazır olan vətəndaşların seçkidə fəal iştiraki hal-hazırda müşahidə olunur. Ölkə üzrə səsvermə fəallığı, həqiqətən də, heyranedicidir. İnsanlar havanın soyuq olmasına baxmayaraq, öz mövqelərini bildirmək, ölkələrinin gələcəyinə töhfə vermək üçün böyük aktivlik göstərirlər.

Bu proses təkcə yeni liderin seçilməsi deyil, həm də millətin birliyinin, gücünün təzahürüdür. Ölkə vətəndaşları öz ölkələrinin gələcəyinin formalaşmasında iştirakın vacibliyini dərk edərək şüurlu şəkildə seçki məntəqələrinə gedirlər.

Müşahidəçi olaraq, səsvermə prosesinin aydınlığını və şəffaflığını qeyd edərək, hər bir səsin önəmli olduğunu və ona hörmət edildiyini vurğulamaq vacibdir. Bu gün təkcə yeni prezidentin seçilməsi ilə deyil, həm də demokratiyanın qüdrətinin nümayişi və fəal vətəndaş iştirakı ilə yadda qalacaq.

Beləliklə, bu gün biz hər bir səsin Azərbaycan Respublikasının parlaq gələcəyinin qurulmasında bir kərpicə çevrildiyi tarixin şahidiyik. Qoy bu gün bütün ölkə vətəndaşları üçün birlik, güc və demokratiya rəmzi olsun!

Rizvan FİKRƏTOĞLU

XQ

 

Sosial həyat