Vətən müharibəsi iştirakçısı: Prezident seçkilərində İstanbulda səs verməyim mənim üçün xoş bir xatirə olacaq

post-img

Vətən müharibəsinin iştirakçısıyam. O günləri ön cəbhədə keçirdiyim və əldə etdiyimiz şanlı Zəfərimizin kiçik bir parçası ola bildiyim üçün çox qürurluyam. Hər bir Azərbaycan oğlu kimi, Vətənin keşiyində dayanmağa hazıram.

Bu sözləri  müsahibəsində prezident seçkilərində İstanbulda səs verən ikinci Qarabağ müharibəsi iştirakçısı Elmir Hacıyev deyib.

İlk dəfə seçkilərdə iştirak etdiyini bildirən Elmir bunları söyləyib: “Qazanılan o böyük Zəfər biz gənclərə qalib olmanın, Qələbənin verdiyi gücün nə olduğunu göstərdi. Seçkilər ərəfəsində Türkiyəyə gəlməyim və bu gün məhz İstanbulda yaradılmış seçki məntəqəsində səs verməyim isə bir təsadüf oldu. Olduqca həyəcanlıyam. Lakin bu da mənim üçün xoş bir xatirə olaraq qalacaq”.

Sosial həyat