5 vitaminli qida – yesək görmərik qada

post-img

Orqanizmdə vitamin-mineral “bomba effekti” yaradan qidalardan biri də mal qaraciyəridir. Rusiyalı terapevt İrina Baranova buna uyğun 5 ərzağın adını sadalayıb.

“Bu ərzaqlardan həftədə 1–2 dəfə yemək eyni vaxtda bir neçə vitamin-mineral almağa səbəb olur. Həmin ərzaqların tərkibində yüksək konsentrasiyada antiok­sidant, mineral və yağ turşuları var. Əgər həkim tərəfindən cid­di göstəriş yoxdursa, bu vitamin “bomba”ları hər rasionda ola bilər. 

Ən yaxşı beşlik: Losos balı­ğı, brokkoli, avokado, pomidor, qaraciyərdir. Bunlar D, C, B12, B9 vitaminləri, kalium, fosfor, maqnezium, selenlə zəngindir”.

Həkim, həmçinin bildirib ki, həmin ərzaqlar güclü antioksi­dant olub orqanizmi xərçəngdən qoruyur, immuniteti gücləndirir, qanın həcmini və hemoqlobini artırır, hormonal balansı tənzim­ləyir. O, həftədə 1 dəfə, hər qə­bulda 100 qram bu ərzaqlardan yeməyi tövsiyə edir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat