Mask beynimizlə oynayır?

post-img

Amerikalı sahibkar İlon Maskın neyrotexno­logiya şirkəti “Neuralink” ilk dəfə insan beyninə çip yerləşdirib. Bu barədə biznesmen özü sosi­al şəbəkədə bildirib. 

“Dünən ilk şəxsə “Neuralink” çipi qo­yuldu, əməliyyat­dan sonra sağalma yaxşı gedir”, – deyə İ.Mask deyib. Sa­hibkar əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepati­ya” adlanır. O, insanı düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək. 

Xatırladaq ki, “Neuralink” standartı 2016-cı ildə İ.Mask tərəfindən yaradılıb. Məqsəd insan beyninə implantasiya ediləcək çiplər hazırlamaqdır. 

Biznesmen hesab edir ki, bu cür neyron in­terfeyslər insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə yardımçı olacaq. 

N.AYTƏN
XQ

Dünya