İlk ayın son günü yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xid­mətinin verdiyi məlumata əsasən, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlə­nilir. 

Şimal-qərb küləyi əsəcək. Gecə 0-3°, gündüz 4-7° isti olacaq. Atmos­fer təzyiqi 776 mm civə sütunundan 772 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. Azərbayca­nın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayon­larında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Q. QASIMOV
XQ

Ekologiya