DİN: Ötən gün ölkə ərazində 7 tüfəng aşkarlanaraq götürülüb

post-img

Yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 müxtəlif markalı tüfəng, 3 patron darağı və 112 müxtəlif çaplı patron təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün, həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 4 müxtəlif markalı tüfəng, 1 patron darağı və 20 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

 

Sosial həyat