Orta Dəhliz – Şərqdən Qərbə ən qısa yol

post-img

2024-cü il üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin bununla bağlı yaydığı məlumata görə, bu, Türkiyənin Ankara şəhərində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclasında reallaşıb. 

Qeyd edilir ki, iclas zamanı ötən ilin yük daşımalarının təhlili nəzərdən keçi­rilib və nəticələrə əsasən, marşrutun in­kişaf etdirilməsi ilə bağlı digər məsələlər müzakirə olunub.

Yığıncaq çərçivəsində Gürcüstan və Qazaxıstanın dəmir yolu rəhbərləri ilə üçtərəfli görüş keçirilib. Görüşdə hər üç tərəfin təsisçisi olduğu Orta Dəhliz çər­çivəsində yaradılmış birgə müəssisənin fəaliyyətinin təşkili və biznes modelinin müəyyənləşdirilməsi müzakirə edilib.

XQ

İqtisadiyyat