Putinin Türkiyə səfərinə hazırlıq görülür

post-img

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir. Rusiya mətbuatı xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib. Məlumatı “Anadolu” verib. 

“Bəli, səfərə hazırlıq görülür”, - deyə Uşakov bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, səfər fevral ayına planlaşdırılıb.

O qeyd edib ki, Ukrayna böhranının həlli Rusiya prezidenti ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqların mərkəzi mövzularından birinə çevriləcək.

“Deyə bilərəm ki, Ukrayna məsələləri, yəqin ki, danışıqların əsas mövzularından biri olacaq”, - deyə Uşakov bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya