52 minədək dövlət əmlakı özəlləşdirilib

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, 1996–2022-ci illərdə Azərbaycanda dövlətə məxsus 51min 867 kiçik müəssisə, obyekt və nəqliyyat vasitəsi özəlləşdirilib.

Məlumata görə, həmin əmlaklar­dan 15 min 571-i nəqliyyat vasitəsi, 15 min 248-i icarəyə verilmiş və istifadə­siz qeyri-yaşayış sahəsi, 10 min 766-sı məişət xidməti müəssisəsi, 5 min 225-i ticarət və ictimai iaşə obyekti və digər daşınmaz əmlaklar olub. 27 ildə Azərbaycanda 1566 səhmdar cəmiyyət yaradılıb. 2022-ci ilin sonuna qədər bu­nun 1476-sı tam özəlləşdirilib.

XQ

İqtisadiyyat