Taleyinə Xocavənd yazılmış şəhid həkim

post-img

Atası Faiq Abdullayev Qəbələ İncəsənət məktəbində rəssamlıqdan dərs deyirdi. Aqşin isə həm 4 nömrəli tam orta məktəbdə oxuyur, həm də atasından rəssamlıq öyrənirdi. Amma o, Tibb Universitetinə qəbul olundu.

5 nəfər əlaçı tələbə ilə o Naxçıvana – piyada qoşunlarında xidmətə göndəril­di. Bir qədər sonra Xüsusi Təyinatlı Qü­vvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi. 44 günlük Qarabağ mühari­bəsinin ilk günlərində tələbəlik dostları Turqut Xəlilbəylinin və Adil Əfəndiyevin şəhid olması xəbəri Aqşini çox təsirlən­dirdi. İçindəki qisas hissi daha da güclən­di və özü də gedib döyüşlərə qatıldı. 

Anası Dilruba xanım deyir: “Nədənsə, qardaş və bacılarından fərqli olaraq, Aq­şinin dünyaya gələndən şəhid olana qə­dər nəyi vardısa, hamısını yığıb, qoruyub saxlamışam. Bir gün onun həsrəti o qə­dər içimə doldu ki, məktəb dəftərinə bax­dım. Gördüm, gündəlikdə işğal olunmuş rayonların siyahısında Xocavənd rayo­nun altından qırmızı xətt çəkib. İşə baxın ki, elə orada da əbədiyyətə qovuşub. 26 yaşında baş leytenant olan balamın nəşi­ni Xocavənd torpağını qucaqlamış vəziy­yətdə tapıblar” 

Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərə­findən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayılın, Füzu­linin, Qubadlının, Şuşanın və Xocavən­din azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edir, onları atəş altından öz çiyinlərində çıxarırdı.

Xocavənd ərazisində gedən gərgin döyüşlərin birində Aqşin Ənvərli 2 əsgər­lə yaralı vəziyyətdə mühasirəyə düşür. Kəsilmiş əl barmaqlarının ağrısını sakit­ləşdirmək üçün özünə iynə vururmuş. Elə bu an snayper gülləsinə tuş gəlir. Yeriyə bilmədiyi üçün digər yaralı yoldaşlarına “Siz gedin, kömək çağırıb məni də gö­türərsiniz” – deyir. Aqşinin arxasınca gəl­sələr də, onu tapa bilmirlər. Xeyli sonra sülhməramlıların nəzarətində olan ərazi­dən şəhid hərbi həkimin nəşini götürmək mümkün olur. 

Onu Qəbələdə, ata-baba yurdu Xırxa­tala məzarlığında ata babasının yanında torpağa tapşırıblar. Baş daşında doyunca geymədiyi həkim xalatında bədənnüma şəkli vurulub. Azərbaycanın ərazi bütöv­lüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icra­sı zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Aqşin Ənvərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğ­runda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Qəbələdə adına küçə var. Təhsil aldığı Azərbaycan Tibb Universitetində akt zalı onun adını daşıyır. 

Anası Dilruba xanımın dediyinə görə, Aqşinin istədiyi qız olub. Müharibəyə getməzdən əvvəl bacısına deyibmiş ki, anangil Lənkərana elçi gedərmi? Mən də dedim niyə getmirəm, gedərəm. Yax­şı ki, elə demişəm. Qız evi də elçi gələ­cək deyə hazırlaşırmış, amma… Aqşinin ölüm xəbəri gəlib”. 

Noyabrın 5-də anasına son mesajı­nı yazıb: “Ana, narahat olma, yaxşıyıq”. Sən demə, mühasirədə ağır yaralı vəziy­yətdə yazıbmış. 

Qəbələnin mərkəzindən çıxıb, üz tutu­ruq Xırxatala məzarlığına. Burda hər tərəf gül-çiçəyə bürünüb. Məzar daşının üs­tündən üzümüzə gülümsəyir Aqşin. Atası gözlərini qırpmamağa çalışır, alınmır, sel kimi axır göz yaşları. Nəhayət, özünü to­parlayıb deyir ki, fəxr edirəm oğlumla. Təsəllim budur ki, o oğulların uğrunda qurban getdikləri torpaqlar artıq tam azad­dır, abadlaşdırılır. İndi onların ruhları Qa­rabağ göylərində dolaşıb, sevinir. 

Ramilə QURBANLI
XQ

Sosial həyat