“Mübariz” postunun şəhidi

post-img

Elçin Zamin oğlu Hüseynov Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakultəsini bitirmişdi. Şeir-sənət aşiqi idi, özü də aradabir könül duyğularını misralara çevirirdi. 28 yaşlı soydaşımız 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərində iştirak edərək yaralanıb. Buna baxmayaraq, döyüşə davam edib, “Mübariz” postundan digər posta adlayarkən gülləyə tuş gələrək qəhrəmancasına həlak olub. Onun cibindən kiçik bir şeir tapılıb. “Rəşadət ordeni”nə və medallara layiq görülən Elçinin həmin şeirini təqdim edirik: 

Vətən sevgisi

Qəlbimdə bir ağrı vardı, 

üzdə baxıb gülsəm də, 

Bir əqidəm bölünməzdir, 

Hər nəyimi bölsəm də.

Aşiqiyəm bu vətənin, 

Ölsəm də, 

keşikçi kimi duran başdaşım 

Xatırladar mənim 

Vətən sevgimi... 

XQ

Sosial həyat