Elektron səsvermə: konseptual, hüquqi və praktiki aspektlər

post-img

Kitab rəfi

Hüquq və İnsan Haqları İnstitutunun “Elektron səsvermə: konseptual, hüquqi və praktiki aspektlər” adlı yeni tədqiqat işi çapdan çıxıb. Kitab İnstitutun əməkdaşları İ.Əliyev, G.Ələsgərova, N.İbrahimli, G.Abasova və A.Ariflinin həmmüəllifliyi ilə ərsəyə gəlib. 

Tədqiqat işi seçki hüququnun həyata keçirilməsini təmin edən seçki prosesinin əsas xüsusiyyətlərinin, problemlərinin, bu proseslə bağlı uğurlu təcrübələrin və inkişaf perspektivlərinin müasir texnoloji tərəqqi kontekstində hüquqi təhlilinə həsr edilib. Kitabda seçkilərin nəzəri və hüquqi məsələləri, o cümlədən elektron səsvermədən istifadə etməklə seçki prosesinin həyata keçirilməsinin praktiki və problemli aspektləri tədqiq edilərək gərəkli tövsiyələr verilib.

        90 səhifəlik nəşr seçki prosesinin iştirakçıları, hüquqşünaslar, alimlər, tələbələr, eləcə də seçkilərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Qabil YUSİFOĞLU,
XQ

Sosial həyat