BMT və Aİ nümayəndələri  Azərbaycana başsağlığı veriblər

post-img

BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Vladanka Andreyeva Bakıda mebel sexindəki partlayışda ölənlərlə bağlı başsağlığı verib.

XQ xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Bakının Binəqədi şəhərində emalatxanada baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tez sağalmasını arzulayıram. Allah rəhmət eləsin!” - V.Andreyeva bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da özünün sosial şəbəkə hesabında Azərbaycana başsağlığı verib: “Bakının Binəqədi rayonunda sexdə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik. Allah rəhmət eləsin”.

Qeyd edək ki, bu gün Binəqədidə baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Anar ƏLİ

XQ

 

Sosial həyat