Almaniya fermerləri hökumətin dəyişməsini tələb edirlər

post-img

Almaniyada etiraz edən fermerlər təkcə subsidiyaların ləğvindən narahat deyil, onların bir çoxu “daha ​​yaxşı hökumət” istədikləri üçün yeni seçkilərə çağırır. Bu barədə Almaniyanın “Berliner Zeitung” qəzetinin müxbiri Frans Beki bazar ertəsi, yanvarın 15-də X sosial şəbəkəsində (keçmiş Twitter) hadisə yerindən məlumat verib. Məlumçatı “İzvestiya.ru” yayıb.

Jurnalistin sözlərinə görə, aksiyalara fermerlərlə yanaşı, mövcud işıqfor koalisiyasından və onların siyasətindən narazı olan sadə vətəndaşlar da qoşulub. Brandenburq darvazasının qarşısına planlaşdırıldığından daha çox iştirakçı toplaşıb. Söhbət 5,4 min avtomobildən, o cümlədən 4 minə yaxın traktordan gedir.

Bundan əlavə, mitinq iştirakçıları etiraz aksiyasına Almaniya kansleri Olaf Şoltsun və digər hökumət üzvlərinin, o cümlədən Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri və Yaşıllar Partiyasının rəhbəri Robert Habekin, eləcə də ölkənin xarici işlər naziri Annalena Berbokun fotoşəkilləri əlavə olunmuş manikenlər gətiriblər. 

 

P.ƏMİRCANOV

XQ

Dünya