“Poeziyamızın ağ çiçəyi”

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda mərhum unudulmaz şair Nurəngiz Günün anadan olmasının 85 illiyinə həsr olunmuş “Poeziyamızın ağ çiçəyi–Nurəngiz Gün” adlı toplantı keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Nurəngiz xanımın poeziyasının çağdaş ədəbiyyatımızda əhəmiyyətindən söz açıb. 

Sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Nurəngiz Gün po­eziyasının bir çox səciyyəvi cəhət­lərindən söz açıblar. 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin müdiri, filologi­ya elmləri doktoru Vaqif Yusifli “Nurəngiz Gün sənətinin özəlliklə­ri”, filogiya elmləri doktoru Esmi­ra Fuad “Nurəngiz Gün nəsrində “qırmızı qaranlıqlar”la poetik üz­ləşmələr”, filologiya üzrə fəlsəfə doktoru Bahar Bərdəli “Nurəngiz Günün poetik yaradıcılığı”, filo­logiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı “Nurəngiz Gün poeziyasında insan–cəmiyyət və insan–təbiət münasibətlərində har­moniya axtarışı” mövzularında mə­ruzələr ediblər. 

Tədbirdə Xalq şairi Vahid Əziz, Milli Məclisin deputatları Hicran Hüseynova, Musa Urud, Xalq ya­zıçısı Elmira Axundova Nurəngiz Gün yaradıcılığının Azərbaycan ədəbiyyatında özünəməxsusluğu haqqında fikirlərini bildirdilər.

Sonda Nurəngiz Günün qızı, fi­lologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Jalə Əliye­va AMEA-nın rəhbərliyinə, tədbir iştirakçılarına, Nurəngiz Gün sənə­tinin incəliklərini öyrənən alimlərə minnətdarlığını bildirib. 

Kəmalə ABDİNOVA
XQ

Sosial həyat