Konfet satmaqdan dahiyanə kəşflərə

post-img

Müəllimləri bu uşağı “kütbeyin” hesab edirdilər

Tomas Edison (1847–1931) məşhur ixtiraçı idi. O, fonoqraf yaratdı, teleqrafı, telefonu və lampanı təkmilləşdirdi. Bundan əlavə, telefonla söhbətin əvvəlində “alo” sözünü istifadə etməyi təklif edən də o idi! 

Uşaqlıq illərində üstün qabiliyyətləri yox idi. Məktəbdə zəif oxuyurdu. Dörd aylıq məşqdən sonra müəllimlər anasına hətta Toması məktəb­dən çıxarmağı tövsiyə etmşdilər. Çoxları uşağın inkişafında geriləmə olduğundan və ciddi prob­lemlər yaşadığından şübhələnirdi. Ancaq bu, onun gələcəkdə böyük ixtiraçı olmasına mane olmadı. Deməli, müəllimlər də səhv edirdilər.

Tomas Edison karyerasına Port Hurondan Det­royta gedən qatarlarda konfet, qəzet və tərəvəz satmaqla başlayıb. O, 13 yaşınadək həftədə 50 dollar qazanıb. Bu pulun çoxunu elektrik və kim­yəvi təcrübələr üçün avadanlıq almağa sərf edib. 16 yaşında ilk teleqraf cihazını icad edib. Bu ciha­zın hazırlanma hüququnu 40 min dollara sataraq, 1874-cü ildə özünə xüsusi laboratoriya açıb. 

O, həyatı boyu öz laboratoriyasında minlər­lə təcrübələr aparıb və ixtiralarını praktikaya, məişətə çıxarmaq üçün iri zavodlar yaradıb. Onun kimya, mədən işləri, hərbi texnika sahəsində də mühüm kəşfləri vardır. 

P.ƏFƏNDİ
XQ

Dünya