Üzə “baxıb” diaqnoz qoyan cihaz

post-img

Kanadanın “NuraLogix” tibbi texnologiya şirkəti CES 2024 sərgisində insanın üzünü, o cümlədən dəri altındakı qan damarlarını skan edən və əldə edilən məlumatlar əsasında onlarla xəstəliyin əlamətlərini müəyyən edən “Anura MagicMirror” adlı innovativ cihazı təqdim edib. 

“Anura MagicMirror” 21,5 düymlük ekrana, kame­ralara və digər sensorlara malik masaüstü cihazdır. Ci­haz ilk növbədə qan axınının analizinə diqqət yetirərək üzü skan edir. Bu qadcet üz nahiyəsində qan damarlarını aşkar etmək üçün unikal transdermal optik görüntüləmə texnologiyasından istifadə edir. Maşın öyrənmə alqo­ritmləri bu məlumatlardan 100-dən çox sağlamlıq para­metrini təhlil etmək üçün istifadə edir. 

“Bildirilir ki, “MagicMirror” qan təzyiqi, bədən küt­ləsi indeksi, ürək dərəcəsi dəyişkənliyi, ürək döyüntüsü, tənəffüs dərəcəsi və üz dərisinin yaşı haqqında məlumat verə bilər. Cihaz şəkərli diabet, ürək-damar xəstəliklə­ri, insult, hipertoniya, qaraciyər yağlanması və digər xəstəliklərin inkişaf riskini də qiymətləndirə bilər. O, psixi sağlamlıq riskinin qiymətləndirilməsini təmin edir və narahatlıq pozğunluqları və depressiya əlamətlərini müəyyən edir.

Üzün skan edilməsi prosesi cəmi 30 saniyə çəkir, bundan sonra istifadəçi potensial patologiyalar haqqında məlumat alır.

XQ

Dünya