Növbəti “Oskar”ları kimlər alacaq?

post-img

Amerikanın Kino Sənəti Akademiyası 10 kateqoriya üzrə “Oskar” film mükafatlarına namizədləri təqdim edib. Siyahı dünən akademiyanın saytında dərc olunub. 

“Ən yaxşı bədii film” kateqoriyasında 15 film, o cümlədən yapon rejissoru Vim Vendersin “İde­al günlər”, meksikalı rejissor Lila Avilesin “Totem”, ispaniyalı Xuan Antonio Bayonun “Qar cəmiyyəti”, britaniyalı Conatan Qlazerin “Maraqlar zonası”, ukraynalı rejissor Mstislav Çernovun “Mariupolda 20 gün”, həmçinin Danimarka, Finlandiya, Fransa, İtaliya, Tunis və Mərakeşdən olan filmlər namizəd­dir. 

“Ən yaxşı musiqi” kateqoriyasına “Barbie”, “Oppenheymer”, “Oğlan və quş”, “İndiana Cons və taleyin çarxı”, “Hörümçək adam: kainatların şə­bəkəsi” daxildir. 

“Ən yaxşı sənədli film” kateqoriyasında ABŞ rejissorları Metyu Haynemanın “Amerika simfo­niyası”, Madlen Qevin “Utopiyanın arxasında” və digər ekran əsərləri daxildir. 

XQ

Dünya