Yarma – xərçəngdən qoruma

post-img

ABŞ Milli Xərçəng Araşdırma Mərkə­zinin ekspertləri 20 illik tədqiqatın nəti­cələrini paylaşıblar. 400 könüllü üzərində aparılan araşdırmada hansı sıyığın xərçəng əleyhinə təsir etdiyi öyrənilib.

Bütün iştirakçılar 20 il ərzində müxtəlif vaxtlarda səhərlər nə yediklərini və özlərini necə hiss etdiklərini bildiriblər. Aydın olub ki, səhərlər sıyıq yeməyi sevənlərdə xəstəlik­lərə qarşı müqavimət, davamlılıq daha çox­dur. Həmin adamlar xərçəngə daha az tutulur və daha uzun ömür sürürlər.

Hər gün 20 qram yarma yeyənlərdə erkən ölüm riski 20–30 faiz azalıb.

Eyni tip 20 digər araşdırma ilə müəyyən edilib ki, toxum, yarma və buğdadan çox isti­fadə edənlər, mədə və qida borusu xərçənginə daha az tutulurlar.

Ən faydalı sıyıqlar tam taxıl yarmaları, qarabaşaq, yulaf, qəhvəyi yabanı düyüdən hazırlananlardır. Amma duru mannı sıyıqları yalnız mədə əməliyyatı keçirən və müəyyən səbəblərdən yarmalı sıyıq yeyə bilməyənlərə, uşaqlara uyğundur.

Tədqiqatçılar müəyyən ediblər ki:

Ürək-damar xəstələrinə – buğda, sünbül sıyığı;

Qanazlığı, qaraciyər probleminə – qara­başaq sıyığı;

Bağırsaq probleminə – qarğıdalı sıyığı daha faydalıdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat