Yağmursuz və dumanlı bir gün...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən yanvarın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara­bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək. Gecə 4-6°, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçə­cək. Lakin səhər və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya