“YAŞAT” Fondu və “AzİnTelecom”un birgə təşkilatçılığı ilə növbəti layihə reallaşdırılıb

post-img

“YAŞAT” Fondu tərəfindən artıq 3-cü dəfədir həyata keçirilən “Hədiyyə Karvanı” layihəsi bu dəfə cari ilin 19-20 sentyabrında lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanlarımızın əmanətlərini sevindirib.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə reallaşdırılan layihə ümumilikdə 133 şəhid övladını əhatə edib. "Hədiyyə karvanı" 25 dekabr tarixində yola düşüb və hədiyyələrin paylanılması 30 dekabr tarixində yekunlaşıb. Şəhidlərimizin əmanətlərinin hədiyyələrini onlara Şaxta baba təqdim edib.

Layihə Bakı şəhəri ilə yanaşı Respublikanın digər bölgələrini də əhatə edib. “AZİnTelecom”un dəstəyi ilə baş tutan layihə çərçivəsində ümumilikdə 133 hədiyyə qutusu ünvanlara çatdırılıb.
















Sosial həyat