“Hədis” – “Ən yaxşı animasiya filmi”

post-img

“Hədis” qısametrajlı animasiya filmi Tür­kiyədə keçirilən 11-ci Beynəlxalq İpək Yolu Film Festivalında “Ən yaxşı animasiya filmi” mükafatını qazanıb.

Qeyd edək ki, “Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksi­yaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub. Eyni zamanda, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olu­nub.

“ANİMAFİLM Studio”nun istehsal etdiyi “Hədis” filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin maliyyə və ideya dəstəyilə çəkilib. Azər­baycan Animasiya Assosiasiyası, “Əkinçi” platforma­sı və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan “Annecy” Beynəlxalq Animasiya Filmlə­ri Festivalında keçirilib. 

Ekran əsərinin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İs­mayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir. Filmin partiturasında Sevda Ələk­bərzadənin musiqisi səslənir.

N.AYTƏN
XQ

Sosial həyat