11–40 yaşlılar qızılcaya daha həssasdırlar

post-img

Səhiyyə Nazirliyinin qızılcaya həs­sas əhali qruplarının vaksinasiyasına dair məlumatında bildirilir ki, 10 yaşa qədər uşaqlarla yanaşı, 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir.

Açıqlamada qeyd edilir ki, yoluxma halları, əsasən, qızılca infeksiyasına qarşı həssas, yəni, heç vaxt bu xəstəliyi keçir­məyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan 40 yaşa qədər şəxslər arasın­da müşahidə edilir. Əhalinin sağlamlığı­nın qorunması və yoluxmaların qarşısının alınması üçün vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaş­lı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparat­ları ölkəyə idxal edilib. Hazırda immuniza­siya tədbirlərinin təşkili üzrə işlər görülür.

Nazirlik 10 yaşa qədər uşaqların ölkə­də qüvvədə olan profilaktik peyvəndlər təqviminə əsasən və qızılcaya yoluxma­lara görə hazırda həssas hesab edilən 11- 40 yaşlı şəxslərin qızılca infeksiyası­na qarşı peyvənd olunmasını vacib hesab edir: “Qeyd olunan əhali qruplarının vaksi­nasiyası üçün yaşayış yerləri üzrə uşaq və yaşlı qrupa aid əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə mü­raciət edilməsi tövsiyə olunur. 11-40 yaşı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə vaksinasiya olunması kifayət edir”. 

XQ

Sosial həyat