Yumurta – ye, toxta!

post-img

Endokrinoloq Valeriya Antonova yumurtanın faydalarından danışıb. Bildirib ki, yumurta A, D, E və B qrupu vitaminlərlə zəngindir. Yumurtanın sarısında olan A vitamini hüceyrələrin inkişafına kömək edir, sümüyə, gözə faydası çoxdur. Görməni yaxşılaşdırır və diş sağlamlığı üçün çox xeyirlidir. Tənəffüs və həzm sistemini infeksiya­lardan qoruyur. 

D vitamini isə insan bədənində kalsi­umun mənimsənilməsinə kömək edir.

E vitamini bədəni zərərli maddələrə qarşı bir qalxan kimi qoruyur. 

B qrupu vitaminlər bəzi qida mad­dələrinin bədəndə enerjiyə çevrilməsinə kömək edir. 

Ayrıca yumurtada olan kolin beyin funksiyalarının yerinə yetirilməsində əhə­miyyətli rol oynayır. 

Yağlılıq tərkibi zəif olan yumurta də­mir və sink kimi bədən üçün çox lazımlı olan minerallarla da zəngindir. 

Yumurtanın ağında yağ və xolesterol yoxdur. Onu daha çox qaynadılmış halda yemək məsləhətdir. Çünki yağda bişirilən yumurtanın B vitamini dəyəri azalır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat