Abşeronda yağmursuz, bölgələrdə yağıntılı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoro­logiya Xidmətinin məlumatına əsasən, dekabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olaca­ğı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 4-7°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 45-55 faiz olacaq. Azərbayca­nın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağa­cağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17°, gündüz 0-5° şaxta olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya