4 qələbə, 1 məğlubiyyət

post-img

Azərbaycanın qızlardan ibarət U-16 və U-18 yığmaları Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı çərçivəsində yekun yoxlama oyunlarını keçiriblər.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəh­bərlik etdiyi millilər keçirdikləri son beş yoxlama matçının 4-də qələbə qazanıb, 1-də məğlub olublar. 

Bununla da, komandalar İstanbul toplanı­şında ümumilikdə keçirdikləri 14 görüşün 13-nü qələbə ilə başa vurub, hazırlıq prosesini yekun­laşdırıblar.

Leyla SABİRQIZI
XQ

İdman