Kiçik yaşlı yeniyetmə stolüstü tennisçilər arasında ölkə birinciliyi keçirilib.
“Şüa” idman kompleksində təşkil olunan yarışın yekunlarına görə, qızlar arasında Mehri Aslanzadə birinci yeri tutub. Nailə Nəzirova ikinci, Fərəh Hidayətzadə ilə Sofiya İlyasova üçüncü yerlərdə qərarlaşıblar.
Oğlanların mübarizəsində isə qalib Əliəkbər Mirzəliyev olub. Saleh Hümbətov ikinci, Həzrət Kamilovla Cəfər Almədədli üçüncü yerləri tutblar.
Yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustandan ümumilikdə 100-ə yaxın idmançı iştirak edib.
Leyla SABİRQIZI
XQ