20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizə aparacaq.
Yarış 2024-cü il yanvarın 3-7-də Litvanın Şaulyay təşkil ediləcək. Millimiz çempionatda 5 oyun keçirəcək. Belə ki, yanvarın 3-də Estoniya, 4-də Latviya, növbəti gün Ukrayna, 6-da Litva, son görüşündə isə Polşa ilə qarşılaşacaq.
Leyla SABİRQIZI
XQ