Təbriz dövlət teatrının gözəlləşməsi

post-img

Həmid Nikpur adlı müəllifin bu yazısı Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin Təbrizdə işıq üzü görmüş 8 fevral 1946-cı il tarixli 121-ci sayından götürülüb. Materialda Azərbaycan Milli Hökumətinin apardığı mədəni quruculuğun seçilən nümunələrindən biri olmuş Təbriz Teatrının fəaliyyətindən söhbət açılır.

Hamının bildiyi kimi, Təb­rizdə olan sabiq “Şir və Xur­şid” teatrı Azərbaycan xalqının zəhməti sayəsində, şahı-şahı yığılmış böyük pulların məs­rəfi sayəsində əmələ gəlmiş­dir. Lakin, buna baxmayaraq, yararlı bir teatr binası ortaya çıxmamışdı. 

Burada “niyə?” sualı ve­rilərsə, cavabını şox asanlıqla vermək olar. Çünki o zaman Tehrandan Azərbaycana qarət ünvanı ilə, farslar özləri demiş­kən, “dəşt eləmək” (silib süpür­mək, boş səhraya döndərmək – red.) xəyalı ilə gəlmiş boy­nuyoğun quldur rəislər ora­nın büdcəsinin böyük hisəsini çalağan kimi çalmaqdan ötrü heç də razı olmazdılar ki, bir mühəndisə belə müəyyən miq­darda pul verib baha qiymətə düzgün bir teatr əmələ gəlsin və nəticədə də ağaların çən­ginə bir şey keçməsin. 

Ona görə də öz planları üzrə bu binanı əmələ gətir­mişlər ki, tamamilə memarlıq əsaslarına yaddır. Adətən, sə­sin yaxşı yayılmasından ötrü teatr salonunu yumurta şək­lində düzəldirlər. Bunun da sə­bəbini fizikada səs bölümünü oxuyanlar yaxşı bilərlər. Lakin buranın içərisi isə sadə bir sa­lon şəklində, yəni, düzbucaqlı formasında qayrılmışdır. Bun­dan başqa, salonun divarları işıqlılıq üçün açıq rənglər əzə­vinə, tünd rənglərlə rənglən­mişdir. 

Hələ buranın foye hissəsi, yəni, tamaşaçıların pərdələr arasında gəzintiyə çıxdıqları xarici salon lap bərbad bir hal­da idi. Daha doğrusu, ən təkmil qəhvəxanalardan da mənzərə­siz idi. Səhnənin özünə gəl­dikdə daha böyük nöqsanlara təsadüf etmək olardı. Orada artistlərə paltarlarını əvəz et­mək üçün yerlər nəzərdə tutul­mamışdı. Səhnənin qabağın­dakı musiqi dəstəsinə məxsus olan yer isə hesab üzündən düzəlmədiyi üçün o qədər çuxur idi ki, heç vaxt dirijor, yəni, musiqi dəstəsinin rəhbəri artistlərin oxumalarını musiqi ilə uyğunlaşdıra bilmirdi. 

Ümumiyyətlə, nöqsan ax­tarsaq, o qədər taparıq ki, sayı-hesabı olmaz. 

Hələ bunların hamısından savayı, orada bir pyes oynan­malı olsaydı, böyük bir çətin­likdən sonra ona müvəffəq oluna bilərdi. O da yalnız fars dilində və hətta az qalardı ki, onun səhnədə oynanılması üçün şah tərəfindən göstəriş verilsin. 

Ümumiyyətlə, teatrın o və­ziyyətdə olması və xüsusilə pyeslərin azərbaycanlıların öz dilində olmaması üzündən təb­rizlilərdən çox az adam tama­şaya gedərdi. 

Ancaq teatrın həqiqi qiy­məti verilərsə, səhnə ictimai həyatın ibrət aynasıdır. Bu səbəbdən də ölkəmizdə teatr öz həqiqi qiymətini yalnız Milli Hökumətimizin yaranmasında tapdı. 

İndi keçmişdə “Şir və Xur­şid” adlanan səhnə artıq Ma­arif Nazirliyinin ixtiyarına ve­rilməklə rəsmi Dövlət Teatrı adını aldı. Maarif Nazirliyimiz bura böyük əhəmiyyət verdi­yindən teatrın bərpası və tə­miri üçün böyük məbləğ pul ayırılıb. Hal-hazırda oradakı işlər Təbriz mədəniyyət evinin müdir müavini, cənab mühən­dis-memar Məcidovun planı və rəhbərliyi ilə icra olunur. İndi yuxarıda qeyd olunan nöq­sanların hamısı islah olunub. Əvəzində həqiqi və mədəni bir teatr şəklini alıb ki, bu da dövlətimizin xalqımıza diqqəti­nin nəticəsir. Bir aydan yuxarı aparılan təmir işləri bu yaxın günlərdə qurtaracaq. Həmin teatr indi elə gözəlləşib ki, bir dəfə görən bir daha görməyini arzulayacaq.

 

Təqdim etdi:
Səməd BAYRAMZADƏ

Sosial həyat