Böyük Britaniya alimləri elmi araşdırmalarla xərçəngdən xilas yollarını açıqlayıblar. Bildiriblər ki, çox sadə hərəkətlər var ki, onlara əməl etməklə 14 növ şiş xəstəliyindən qorunmaq olar. Bu 7 tövsiyəyə əməl etdikdə, onkoloji xəstəliklərə yoluxma ehtimalı kifayət qədər aşağı enir.
1. İlk növbədə, tütün, içki, şirin qazlı içkilər, fastfuddan imtina, çəkiyə nəzarət, fiziki aktivlik, idman, gündə minimum 30 qram lif qəbul etmək lazımdır.
2. Qida əlavələrindən imtina vacibdir.
3. Qadınlara az abort etdirmək, maksimum süd vermək– əmizdirmək tövsiyə olunur.
Onlar 94 min nəfər könüllü üzərində tədqiqat aparıblar. Hər zərərli vərdişdən imtina və müsbət vərdiş 1 balla qiymətləndirilib. Hər sonrakı bal süd vəzi və bağırsaq xərçəngini 10 faiz, böyrək xərçəngini 18 faiz, qida borusu, mədə şişini 16 faiz azaldır.
Sidney Universitetinin alimləri 5 dəqiqə fasiləsiz energetik fiziki aktivliyin 14 növ xərçəng riskini 32 faiz azaltdığını sübut edib. Bu aktivliyə ev yığışdırmaq, qab yumaq, yemək hazırlamaq, pilləkən çıxıb-düşmək də daxildir.
Z.HÜSEYNLİ
XQ

