Masallıda fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb

post-img

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Köhnə Alvadı kəndində fəaliyyət göstərən “Tural” kafesində plandankənar yoxlama aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Kafedə işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin son istifadə müddəti bitmiş qida məhsulları və ümumi həcmi 24 litr olan müxtəlif əmtəə nişanları saxtalaşdırılaraq kustar üsulla hazırlanmış alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların məhdudlaşdırılmasına və məhv edilməsinə dair qərar qəbul olunub. Araşdırmalar davam etdirilir.

 

 

 



Sosial həyat