Səhiyyə Nazirliyinin qızılca çağırışı

post-img

On yaşa qədər uşaqlar qızılca peyvəndinin hər iki dozasını almalıdırlar.

Səhiyyə Nazirliyi Azərbaycanda 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyasına dair məlumat yayıb.

Məlumatda bildirilir ki, cari ilin əvvəl­lərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya, İran, Qazaxıstan və Gürcüstanda qızıl­ca xəstəliyinin alovlanmaları müşahidə olunur.

“Son aylarda digər ölkələrdən gəti­rilmə hadisələrlə əlaqəli yoluxma halla­rı Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaq­nostika hallarına rast gəlinir.

Uşaqların sağlamlığının qorunma­sı və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik paro­tit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vak­sinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qə­dər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar mini­mum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Uşaqların vaksinasiyası üçün ya­şayış yeri üzrə uşaq əhalisinə ambu­lator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi töv­siyə olunur”.

XQ

Sosial həyat