Hərbi Prokurorluq ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şəmkirdə tədbir keçirib.
Hərbi prokurorun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi Elmir Süleymanlı, Şəmkir hərbi prokuroru İlham Babayev və digər çıxışçılar Ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb.
XQ