Türk xalqları mətbəxi Şuşada

post-img

Şuşada Dövlət Turizm Agentliyi və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə türk xalqlarının ortaq mətbəx nü­munələrinin təqdimatı keçirilib.

Üzeyir bağında açıq havada təşkil olunan tədbirdə Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova, Şuşa şəhəri Dövlət Qo­ruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan olan nümayəndələr iştirak ediblər.

Qonaqlar əvvəlcə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mətbəx nümunələrini təqdim edən stendlərlə tanış olublar. İştirakçılara türkdilli dövlətlərin milli xörəkləri, şirniyyatları, o cümlədən qutab növləri, plovlar, beşbarmak, kumis, Qa­rabağ kətəsi, fərqli növ ət yeməkləri, türk qəhvəsi təqdim edilib.

Tədbir çərçivəsində türkdilli ölkələrdən dəvət edilmiş tanınmış aş­pazlar ustad dərsləri keçirəcək, canlı yemək bişirilməsi prosesi nümayiş etdiriləcək.

XQ



Sosial həyat