Günümüz yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, dekabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cə­nub-qərb küləyi əsəcək. Gecə 7-11°, gündüz 15-20° isti olacaq.Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonla­rında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya