Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sosial Xidmətlər Agentliyi bir qrup şəhid övladının Heydər Əliyev Mərkəzinə ekskursiyasını təşkil edib.
Uşaqlar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, kitablar, eləcə də müxtəlif eksponatlarla tanış edilib. Şəhidlərimizin xalqımıza əmanəti olan övladları ekskursiya çərçivəsində mərkəzdə Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, tükənməz təbii sərvətlərini əks etdirən sərgi ilə də tanış olublar.
XQ