Qarabağ Universiteti bölgənin elmi-mədəni mərkəzi olacaq

post-img

Prezident İlham Əliyevin bununla bağlı dünən imzaladığı sərəncamda bildirilir ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. 

Sənəddə daha sonra qeyd edilir ki, “Azərbaycan Res­publikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proq­ramı”na uyğun olaraq, həmin bölgələrin yenidən qurulması, dayanıqlı inkişafı və yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-qu­ruculuq işləri həyata keçirilir. Zəruri tədbirlərdən biri də “Qa­rabağ Universiteti”nin yaradıl­masıdır. Qarabağda yüksə­kixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəs­sisəsinin təşkili azadlığına qovuşmuş ərazilərin iqtisadi potensialı, eləcə də əmək ba­zarının tələbləri baxımından son dərəcə vacibdir. 

Sərəncamla Nazirlər Ka­binetinə 2 ay müddətində yeni universitetin nizamnaməsini təsdiq etmək, onun fəaliy­yətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər gör­mək, ali məktəbin Xankən­di şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə tə­minatı məsələlərini, eləcə də sərəncamdan irəli gələn digər məsələləri həll etməklə bağlı tapşırıqlar müəyyən edilib.

Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağa qa­yıdışla bağlı cəmiyyətdə arzu, rəy və təkliflər sırasında böl­gədə universitet yaradılması da tez-tez səslənirdi. Nəhayət, Qarabağı xalqımıza qaytarmış qalib Komandan, dövlət baş­çısı cəmiyyətin bu istəyini də gerçəyə çevirdi. Redaksiya­mıza ölkəmizdən və xaricdən daxil olmuş operativ material­larda müxtəlif peşə sahibləri­nin bu xəbərlə bağlı sevinci və dövlət başçısına minnətdarlığı ifadə olunub.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, ha­zırda ən önəmli məsələlər­dən biri 44 günlük “Zəfər yürüşü” ilə qazanılmış qələbənin möhkəmləndiril­məsi, işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya, bərpa və quruculuğu sürət­ləndirməkdir:

– Bu gün qarşımıza mühüm hədəf və məqsədlər qoymuşuq. Bölgələrdə yeni universitetlərin yaradılması Bakıda sıxlığın qarşısını nis­bətən almağa kömək edə bilə­cək. Xankəndidə təsis edilən Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəs­sislərin yetişdirilməsinə isə ayrıca önəm verməliyik. Ge­niş kampuslu müasir təhsil müəssisəsinin yaradılmasına ehtiyac var. Beynəlxalq sə­viyyəli bir universitetin yara­dılması üçün dövlət başçısı İlham Əliyev hökumətə zəruri tapşırıqlar verib. İnanırıq ki, bu tədbirləri sürətlə həyata keçirməklə bir neçə dildə fəa­liyyət göstərəcək universtitet yaradılacaq, xarici ölkələrdən də bu ali məktəbə tələbələr cəlb ediləcək.

Bu gün hər bir azərbay­canlının ürəyi Qarabağla dö­yünür. Əminəm ki, gənclər Qarabağ Universitetində təh­sil almaq istəyəcəklər, çünki hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq və çox önəmli mər­hələyə daxil olmuşuq. Bu, yeni imkanlar və fürsətlər ya­radacaq. Azərbaycan gənclə­ri isə Qarabağ Universitetinə daha böyük maraq göstərə­cəklər. Xankəndidə müasir təhsil müəssisəsi yaradacağı­mıza inanıram.

Milli Məclisin deputatı Arzu Nağıyev isə deyib ki, Qarabağ Universiteti gələ­cəkdə perspektivli ali təhsil müəssisələri sırasında ola­caq:

– 44 günlük Vətən mü­haribəsində qazanılmış bö­yük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın tə­min olunmasıdır. Azərbaycan işğal dövründə dağıdılmış maddi-mədəni irsi, tarixi abi­dələri, təhsil ocaqlarını və ya­şayış yerlərini bərpa etməklə bu torpaqların kimə məxsus olduğunu bütün dünyaya bir daha sübut edir.

Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində işğal­dan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin ev, iş məsələlərinin həlli ilə yanaşı, təhsil almaq hüququnun tə­min edilməsinə də ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş di­gər ərazilərdə müxtəlif təhsil ocaqlarının yaradılması da mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olu­nur.

Ümumiyyətlə, tarixən Qa­rabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daim bu məsələ diqqətdə saxlanılıb. Bu baxımdan ali təhsil müəs­sisəsinin ilk olaraq məhz Xankəndidə yaradılması xü­susilə vacib idi. Bu addım həm də regionda yüksək ix­tisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiy­yətlidir. Qarabağın sürətlə məskunlaşması və yüksək inkişafı baxımından Xankən­di Universiteti önəmli missiya daşıyır, gələcəkdə isə pers­pektivli ali təhsil müəssisələri sırasında yer alacaq. 

Deyilənlərə əlavə olaraq bildirək ki, regionda modern universitet modelinin bənzər­siz nümunəsi olacaq Qarabağ Universiteti bölgədə, eləcə də ölkəmizdə insan kapitalını formalaşdıracaq yeni ali təh­sil müəssisəsi kimi həyatımı­za daxil olur. Bəs Qarabağ Universiteti yaradılarkən han­sı qlobal trend və çağırışlar nəzərə alınmalıdır? 

Kembric Universitetinin professoru, soydaşımız Qə­rib Mürşüdov bununla bağlı bildirib:

– Xankəndidə yeni univer­sitetin yaradılması çox müdrik və gərəkli bir addımdır. Bu, həm Qarabağ rayonlarının in­kişafına təkan verəcək, həm də bu təhsil və elm müəs­sisələrinin böyük şəhərlərdən kənara çıxarılmasına imkan yaradacaq. Mənim əsas ma­rağım və təcrübəm texniki elmlərlə bağlı olduğu üçün Qarabağ Universiteti barədə fikirlərim bu istiqaməti əhatə edir. Mən Qarabağda bir güc­lü universitet və beynəlxalq elm-təhsil mərkəzi görmək istərdim. Universitetin elmi konfrans mərkəzləri Şuşada yerləşə bilər.

Dünyada bir neçə qlobal problem var. Bunlara enerji, iqlim dəyişikliyi, səhiyyə və in­sanlar ilə texnologiya arasın­da məsafənin böyüməsi kimi məsələlər aiddir. Mən bura həmçinin müxtəlif ölkələrdə tarixin pis öyrədilməsini və bu istiqamətdə ətraflı tədqiqatın olmamasını da əlavə edər­dim. Qafqazda bu problem özünü daha qabarıq göstərir. Yeni universitet bu istiqamət­lərin bir neçəsini nəzərə ala bilər. Həmin istiqamətlərin hər birinə əsas təsir edən kompü­ter elmləri, statistika və maşın öyrətmə sahələridir. 

Ona görə ən birinci is­tiqamət bu sahələr olsa, onlar ətrafında müxtəlif istiqamət­ləri inkişaf etdirmək olar. Bio­tibbi mərkəzin yaradılması da yaxşı nəticələr verər. Bu, həm də güclü biologiya, təbabət fakültələri və xəstəxana ol­masını tələb edir. Yeni univer­sitetdə tədqiqata əsaslanan təhsil güclü mütəxəssislərin yetişdirilməsinə imkanlar ya­radar. Əgər bu istiqamətdə getmək mümkün olarsa, onda texnologiya sənayesi və təh­silin inkişafı eyni zamanda həyata keçirilə bilər. 

Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundov qeyd edib ki, Kanada universitetlə­rinin bu bölgədə iştirakını təmin edə bilərik:

– Qloballaşma dövründə universitetlərin formalaşması və transformasiyası bir çox cəhətdən qlobal trend və ça­ğırışlar nəzərə alınmaqla baş verir. Universitetlər tələbələ­rini bu gün üçün yox, yaxın gələcək üçün hazırlamalı­dırlar. Qarabağda yaradılan universitetin müasir reallıqlar dövründə əsas missiyası və hədəflərinə gəlincə, vacib məqsədlərdən biri kimi böl­gəyə qayıdışın miqyas və perspektivini nəzərə alaraq bu yeni universitet üçün aşa­ğıdakı iki optimal yolu təklif edirik: Meqa-layihə, həmçinin kollec və universitet təhsilinin yeni üstünlüklərindən fayda­lanaraq çevik bir təhsil proq­ramı hazırlamaq; 2 il kollec + 2 il universitet. Kolleci mü­vəffəqiyyətlə bitirən tələbələr universitetdə təhsillərini da­vam etdirirlər. İlk açılış proq­ramları isə texnoloji və maliy­yə sektorları ola bilər. 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müa­vini Nadir İsrafilov da Qara­bağ Universitetinin yaradıl­masını sevinclə qarşılayıb və yüksək qiymətləndirib: 

– Qarabağda şəhərciklə­ri olan universitet yaradılır ki, tələbələr orada həm oxusun­lar, həm də rahat yaşasınlar. Qarabağın sosial-iqtisadi in­kişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində çoxsahəli bir universitet nəzər­də tutulur. Bundan başqa, Qarabağda həmişə əkinçilik və maldarlıq inkişaf edib. Bu sahələrdə də kadr hazırla­maq lazımdır. Qarabağda universitetin açılması ixtisaslı kadrlar hazırlığını paytaxtdan bölgələrə yönəltmək işinə də ciddi dəstək olacaq.

Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini in­kişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iq­tisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiy­yətlə, regionun coğrafi mövqe­yi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır. 

Təhsil üzrə ekspert El­çin Əfəndi Qarabağda uni­versitetin yaradılmasının əhəmiyyətinə toxunaraq deyib ki, bu layihə bölgə­nin sürətli inkişafına təkan verəcək: 

– Biz Qarabağda elə bir ali məktəb yaratmalıyıq ki, bey­nəlxalq arenada rəqabətə da­vamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, uni­versitetin maddi-texniki ba­zası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabətqabiliyyət­li ixtisasların açılması təmin edilməlidir. Universitetə peşə­kar müəllimlər cəlb edilməli, əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yük­səkixtisaslı kadrlara üstünlük verilməlidir. 

XQ

Sosial həyat