Şəhid ailəsi üzvü qadınların reabilitasiyası

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Sosial Dəstək Mərkəzi “Bölgələrdə müharibədən əziyyət çəkmiş qadınların psixoloji reabilitasiyasına və şəxsi inkişafına dəstək” layihəsinə başlayıb.

Layihənin məqsədi həmin xanımların müharibə nəticəsində üzləşdikləri psixo­loji sarsıntılar, travmalar və digər bu kimi fəsadların aradan qaldırılmasına, psixo­loji sağlamlıqlarının bərpasına, yeni ba­carıqlar qazanmaları və şəxsi inkişafına dəstək olmaqdır. Layihəyə Tovuz və Bey­ləqan rayonlarında yaşayan, müharibə nəticəsində ailə üzvünü itirmiş 20 qadın cəlb olunub. Onlara psixoloji reabilitasiya xidmətləri göstərilməklə, müasir inkişaf­yönümlü bacarıqlar üzrə təlimlərə də cəlb olunublar.

 

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat