Musa Quliyev: Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsi builkindən 10 faiz çoxdur

post-img

Ölkəmizdə DOST konsepsiyası uğurla davam etdirilir. Bu konsepsiya əsasında sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaranıb. İndiyədək 1,8 milyon milyona yaxın vətəndaşa DOST xidməti göstərilib və vətəndaş məmnunluğu 98,2 faizdir.

Bu fikirləri Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin noyabrın 16-da gələn ilin büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi ilə bağlı diqqətə çatdırıb ki, 2024-cü ilin büdcəsi sosialyönümlü olması ilə diqqət çəkir. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat müəyyənləşdirilir. Bu, 2023-cü illə müqayisədə 10 faiz çoxdur.

Sosial həyat