2026-cı ilə daxili və xarici turistlərin sayının 10 milyona çatması hədəflənir.
Bu barədə Dövlət Turizm Agentliyinin sektor müdiri Günay Bayramova deyib.
O bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn turistlərin sayı 1,6 milyon nəfər təşkil edib: “İlin sonuna turist sayı 2 milyon nəfərə çatdırılacaq. Turizm sektorunda ÜDM 2,3 faiz olub”.