Gəncədə Mustafa Kamal Atatürkün xatirəsi anılıb

post-img

Turkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, şəhər ziyalıları, şəhərdə təhsil alan türkiyəli tələbələr iştirak ediblər.





Sosial həyat