Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri nə qədər olub?

post-img

Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 16 faiz və ya 688 mln. manat artaraq 5 mlrd. 51 mln. manat təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 9 faiz və ya 472 mln. manat çox olmaqla 5 mlrd. 577 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-oktyabr aylarında proqnozla müqayisədə 9 faiz və ya 350 mln. manat artaraq 4 mlrd. 221 mln. manat olub.

Cari ilin 10 ayında DSMF-nin xərcləri 5 mlrd. 51 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 688 mln. manat çoxdur.

İqtisadiyyat